İsrailin bir gündə bir milyondan çox insanı Qəzzadan köçürmək planı mümkünsüzdür - Borrel


Aİ diplomatiya rəhbəri Cosef Borrell İsrailin bir gündə Qəzzanın şimalından bir milyondan çox insanı evakuasiya etmək planının “tamamilə mümkünsüz olduğunu” deyib.


"Mən bunu Avropa İttifaqının rəsmi mövqeyi kimi deyirəm. Evakuasiya planı tamamilə işlək deyil" - deyə Borrell Çinə üç günlük diplomatik səfərinin son günündə Pekində mətbuat konfransında bildirib. "Təsəvvür edin ki, 24-də bir milyon insanı daşıya bilərsiniz, Qəzza kimi bir vəziyyətdə yalnız bir saat ərzində humanitar böhran yarana bilər" - o qeyd edib.

İsrail HƏMAS-a qarşı qurudan hücumdan əvvəl bölgədəki sakinləri təxliyyə etmələri barədə xəbərdarlıq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu