İsrail ordusu Qəzzanın cənubunda döyüşlərin növbəti 4 saatlıq dayandığını elan edib


İsrail Müdafiə Qüvvələri (IDF) qalan sakinlərin şəhəri tərk edə bilməsi üçün Qəzzanın cənubunda döyüşləri 4 saatlıq dayandırdığını elan edib.


TASS xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat katibi Aviçai Edri bildirib.

“Bu gün biz gün ərzində, yəni saat 10:00-dan 14:00-dək Dərəc Tuffa ərazisində hərbi əməliyyatları müvəqqəti dayandıracağıq”, - deyə o bildirib.

Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, HƏMAS Qəzzaya nəzarəti itirib və radikallar anklavın cənub hissəsinə qaçır. Onun sözlərinə görə, HƏMAS-ın hər hesabla irəliləyən İDF-ni dayandırmağa qadir qüvvələri yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu