Brüsseldə atışma: iki nəfər ölüb


Belçikanın paytaxtı Brüsseldə iki nəfər güllələnib.


BBC-nin yerli polisə istinadən verdiyi məlumata görə, hadisə dünən axşam saatlarında baş verib. Cinayətkar hadisə yerindən qaçıb və hələ də azadlıqdadır. Prokurorlar atışmanı terror kimi qiymətləndirdiklərini deyirlər.

Məlumata görə, ölənlər isveçlidir. İsveç AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə qarşılaşıb, lakin qurbanların matçda olub-olmadığı məlum deyil.

Sosial şəbəkələrdə yayımlanan videoda ərəbcə danışan şəxs hücumu Allahın adı ilə törətdiyini iddia edir.

Videodakı şəxs əlavə edib ki, 3 nəfəri öldürüb. Federal prokurorlar videonu gördüklərini təsdiqləyiblər, lakin onun atıcı olduğunu təsdiq edə bilməyiblər.

BBC xəbər verir ki, hücumun video və digər görüntüləri polis tərəfindən araşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu