18 yaşı olmayıb ana olanların sayı artıb - Cədvəl
![](/uploads/posts/2023-10/1698232640_441892702_0_423_2637_1906_1920x0_80_0_0_8ffa01efe19858e6b34605a8592a4faa.jpg)
Azərbaycan üzrə 2022-ci ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 2011 nəfərdir.
AFN.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.
Bu rəqəm 2021-ci illə müqayisədə 361 nəfər çoxdur. Ən yüksək göstəricilər Qazax-Tovuz (280 nəfər), Mərkəzi Aran (245 nəfər) və Qarabağ (240 nəfər) iqtisadi rayonları üzrə qeydə alınıb.