Bayden Mendə atışma haqqında müntəzəm məlumat istəyib


ABŞ prezidenti Co Baydenə Men ştatının Lyuiston şəhərində baş verən atışma ilə bağlı məlumat verilib.


RİA Novosti xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Baydenin baş verənlərlə bağlı xəbərləri müntəzəm almaq istədiyi bildirilir.

ABŞ-ın Men ştatında baş verən atışma nəticəsində ölənlərin sayının 22 nəfərə yüksəldiyi açıqlanıb. Hücum edən şəxs şəhərdə ticarət mərkəzi və bar da daxil olmaqla üç fərqli yerdə fəaliyyət göstərib.

Men Ştat Polisi Lyuistonda kütləvi atışma törətməkdə şübhəli bilinən şəxsi həbs edib. Təhqiqata ştat polisi rəhbərlik etsə də, ABŞ Federal Təhqiqatlar Bürosunun da proseslə məşğul olduğu qeyd edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu