Sergey Lavrov: “Rusiya “Xəzər beşliyi” formatında fəal şəkildə işləmək fikrindədir”
“Rusiya region ölkələrinin “Xəzər beşliyi” (Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan) formatında fəal şəkildə işləmək fikrindədir”.
AFN.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzər məsələləri üzrə İdarələrarası Komissiyanın ilk iclasında deyib.
“Rusiya bu regionun sülh, harmoniya, mehriban qonşuluq və səmərəli beynəlxalq əməkdaşlıq zonası kimi mövqeyinin möhkəmləndirilməsi maraqları naminə “Xəzər beşliyi” formatında fəal quruculuq işinə sadiqdir”, - o bildirib.
“Xəzər dənizində beştərəfli əməkdaşlığın bütün istiqamətləri çox vacibdir və bir-biri ilə bağlıdır”, - o əlavə edib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək, eləcə də humanitar əlaqələri yaxşılaşdırmaq lazımdır: “Regionlararası və parlamentlərarası əlaqələr bu əməkdaşlıq üçün mühüm amil olaraq qalır”.