"Red Wings Airlines" Dağıstanla İsrail arasında uçuşları ləğv edib


“Red Wings Airlines” Mahaçqala hava limanında baş verən iğtişaşlardan sonra Dağıstan və İsrail arasında uçuşları ləğv etmək qərarına gəlib.


Bu barədə TASS aviaşirkətə istinadən xəbər verir.

Dağıstana planlaşdırılan reyslərdən biri noyabrın 1-də həyata keçirilməli idi, lakin əvəzində şirkət sərnişinlərə noyabrın 2-də Tel-Əvivdən Soçiyə uçuş təklif edib. Bundan əlavə, Jukovski - Mahaçqala - Təl-Əviv reysi də ləğv edilib və Domodedovo - Soçi - Təl-Əviv reysi ilə əvəz edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu