Mahaçqalada iğtişaşların təşkilində şübhəli bilinən telegram kanalın inzibatçısı axtarışa verilib


Rusiya Daxili İşlər Nazirliyi Mahaçqala hava limanında iğtişaşların təşkilində şübhəli bilinən “Səhər Dağıstan” (“Utro Dagestan”) telegram kanalının inzibatçısı Abakar Abakarov barəsində axtarış elan edib.



AFN.az xəbər verir ki, məlumatı TASS yayıb.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin məlumat bazasında axtarışın motivi göstərilmədən bildirilib: “Abakarov Abakar Abakaroviç Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”.

TASS-ın araşdırmasına əsasən, o, hava limanında iğtişaşı əlaqələndirildiyi “Səhər Dağıstan” teleqram kanalının iddia edilən administratorudur.

Xatırladaq ki, oktyabrın 29-da axşam saatlarında Mahaçqala hava limanında kütləvi iğtişaş baş verib. İsrailin Təl-Əviv şəhərindən gələn təyyarənin Mahaçqala hava limanında enişindən sonra bir qrup şəxs uçuş zolağına çıxıb. Onlar ölkəyə gələn yəhudilərin çıxarılmasını tələb ediblər.

Son məlumatlara görə iğtişaşlar zamanı polislər də daxil olmaqla 20 nəfər xəsarət alıb. İctimai qaydaları pozduqlarına görə polis tərəfindən 201 nəfər saxlanılıb, onlardan 155-i barədə administrativ tədbirlər görülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu