Mahaçqala hava limanı oktyabrın 31-dək bağlı olacaq


İğtişaşlardan sonra Mahaçqala hava limanı yalnız aeroport terminalı, aerodrom və ətraf ərazilərdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hərtərəfli yoxlanışdan sonra açılacaq.


Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin Telegram-kanalında bildirilib. Bundan əvvəl Rosaviatsia Mahaçqala hava limanının noyabrın 6-sı saat 02.59-a qədər təyyarələri qəbul etmək üçün şərti olaraq bağlı olduğunu bildirmişdi. Daha sonra Dağıstan hökuməti hava limanının fəaliyyətinin yaxın günlərdə bərpa olunacağını açıqlayıb.

“Aeroportun açılışı yalnız aerovağzal, aerodrom və ətraf ərazinin hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli yoxlanılmasından sonra baş verəcək”, - deyə məlumatda bildirilir.

Departament, ilkin olaraq, hava limanının təyyarələri qəbul etmək üçün 31 oktyabr 2023-cü il saat 2.59-a qədər bağlanacağını açıqlayıb.

Bazar günü Mahaçqalada yerli sakinlər Təl-Əvivdən gələn təyyarənin uçuş-enmə zolağına daxil olublar. Bildirilib ki, içəri girənlər, ehtimal ki, gələn İsrail vətəndaşlarını axtarıblar və iğtişaşlar başlayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib. Dağıstanın müftisi Əhməd Abdulayev videomüraciətində yəhudilərə qarşı aksiyanı səhv adlandırıb və dindaşlarını sakit olmağa çağırıb. Tezliklə bölgənin hakimiyyət orqanları vəziyyətin nəzarət altında olduğunu elan edib və Federal Hava Nəqliyyatı Agentliyi aerodromun icazəsiz şəxslərdən təmizləndiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu