Türkiyədə zəlzələ cinayəti üzrə daha bir nəfər həbs edilib


Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələ nəticəsində çökərək 30 nəfərin həyatını itirməsinə səbəb olan 7 mərtəbəli "Koray Apartman"ın tikinti sahəsinin rəhbəri həbs edilib.


Hatay Respublika Baş Prokurorluğunun Zəlzələ Cinayətləri İstintaq Bürosu, 6 fevral zəlzələlərində mərkəzi Pazarcık və Elbistanda uçan binalarda ölən və yaralananlarla əlaqədar səhvləri təsbit edilən şəxslərlə bağlı araşdırmalarını davam etdirdiyini açıqlayıb.

Bu çərçivədə Antakyanın Aksaray rayonunda Şükrü Balcı küçəsində çökən və 30 nəfərin həyatına son qoyan "Koray Apartman" Yaşayış binasının inşaat sahəsiNİN müdiri H.H.-nin saxlandığı bildirilir.

Şübhəli H.H. barəsində "Şüurlu ehtiyatsızlıqdan birdən çox şəxsin ölümünə səbəb olma" cinayətinə görə növbətçi hakimlik tərəfindən həbs qərarı çıxarılıb.

Digər tərəfdən, şübhəlinin dosyesinə əlavə edilən ekspertiza rəyində, tikinti mərhələsində avadanlıqların təfərrüatları və material keyfiyyətinin olmaması səbəbindən binanın əsaslı qüsurlu olduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu