BMT: "Müharibə başlayandan bəri Ukraynada 9900 dinc sakin həlak olub"


Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynada müharibə başlayandan bəri 9900 dinc sakinin həlak olduğunu və 10 milyon insanın evlərini tərk etdiyini bildirib.



Ukraynada baş verən hadisələr BMT Təhlükəsizlik Şurasında müzakirə edilib.

Burada üzv ölkələri məlumatlandıran BMT-nin Humanitar Yardım Koordinasiya Ofisinin (OCHA) Cenevrə Nümayəndəsi və Əlaqələndirmə Bölməsinin direktoru Ramesh Rajasingham Ukraynada humanitar yardıma ehtiyacın böyük olduğuna diqqət çəkib.

Rajasingham qeyd edib ki, Ukraynada təxminən 18 milyon insanın yardıma ehtiyacı var ki, bu da cəmiyyətin təxminən 40 faizinə bərabərdir.

10 milyon insanın ölkə daxilində və xaricində didərgin düşdüyünü bildirən Rajasingham, son məlumatlara görə 9 min 900 mülki şəxsin öldürüldüyü məlumatını paylaşıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, müharibə başlayandan bəri səhiyyə müəssisələrinə 1300 hücum edildiyini bildirən Rajasingham, 111 tibb işçisi və xəstənin həlak olduğunu qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu