ABŞ-da İsrailə qarşı etiraz aksiyası keçirilib


ABŞ-ın Kaliforniya ştatının Oklend limanına daxil olan onlarla insan İsrailə silah yardımı aparacağı iddia edilən hərbi gəminin qarşısında etiraz aksiyası keçirib.



Nyu-Yorkda yerləşən ABC7 telekanalının məlumatına görə, Oklend limanına girişləri bağlayan nümayişçilər ABŞ-ın İsrailə hərbi dəstəyinə etiraz ediblər.

Limandakı hərbi gəminin Vaşinqtona, oradan da Yaxın Şərqə doğru hərəkət edəcəyini iddia edən nümayişçilər gəminin hərəkətinə mane olmağa çalışıblar.

Nümayişi təşkil edən Lara Kisvani açıqlamasında gəminin İsrailə hərbi texnika daşıyacağını liman işçilərindən öyrəndiklərini bildirib.

Nümayişdə iştirak edən Beynəlxalq Liman və Anbar Dərnəyinin üzvü Klarens Tomas, vergilərinin qadınlara və uşaqlara vurulan silahlara getdiyini qeyd edərək, “Bu dollarlar ABŞ vətəndaşlarının xeyrinə daha faydalı şeylərə xərclənə bilər" ifadələrini işlədib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu