Husilər: Qırmızı dənizdə gəmi keçidini əngəlləməyə davam edəcəyik


Yəməndə İranın dəstəklədiyi husilər İsrailə qarşı hərbi əməliyyatlarını davam etdirəcəklərini və İsrail gəmilərinin Qırmızı dənizdən keçməsinin qarşısını alacaqlarını açıqlayıblar.


Yəməndə fəaliyyət göstərən İrana bağlı xəbər agentliyi SABA-nın məlumatına görə, husilərin sözdə hökuməti səhər saatlarında hədəflərinə edilən hücumdan sonra açıqlama verib.

Açıqlamada "ABŞ və Böyük Britaniyanın İsrailə dəstək məqsədi ilə həyata keçirdiyi hücumlar bizim İsrailə qarşı hərbi əməliyyatlar keçirməyimizə və işğal altındakı Fələstin limanlarına gedən İsrail gəmilərinin qarşısını almağa mane olmayacaq" - deyə bildirilir.

Həmçinin qeyd edilir ki, ABŞ və Böyük Britaniya tərəfindən həyata keçirilən hücumlar qətiyyən cəzasız qalmayacaq. Bəyanatda bu hücumların Yəmənin İsrailə qarşı hərbi əməliyyatlarının və gəmilərin keçidinin qarşısının alınmasının təsirini ortaya qoyduğu iddia edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu