CNN: "ABŞ-ın Yaxın Şərqdəki amfibiya gəmisi Şərqi Aralıq dənizinə doğru irəliləyir"


ABŞ-ın CNN xəbər kanalı ABŞ-ın Yaxın Şərqə göndərdiyi və Qırmızı dənizdə yerləşən amfibiya gəmisinin Şərqi Aralıq dənizinə doğru getdiyini açıqlayıb.



CNN-in adının açıqlanmasını istəməyən ABŞ rəsmilərinə əsaslanan xəbərinə görə, ABŞ-ın avqust ayında Yaxın Şərqə göndərdiyi 26-cı Dəniz Piyadaları Ekspedisiya Qrupunu daşıyan USS Bataan amfibiya gəmisi keçən həftənin sonlarında Süveyş kanalına doğru hərəkətə başlayıb.

Rəsmilərdən biri avqust ayından Qırmızı dənizdə dayanan gəminin tezliklə Şərqi Aralıq dənizinə çatacağını qeyd edib.

Rəsmilər bu addımla gəminin İsrail və Livana daha da yaxınlaşacağını qeyd edərək, gəminin vəzifələrindən birinin də mülki şəxslərin təxliyyəsinə köməklik etmək olduğunu bildirib.

ABŞ oktyabrın 18-də Livandakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu