Fələstin-İsrail münaqişəsində həlak olan jurnalistlərin sayı açıqlanıb

Fələstin-İsrail qarşıdurması zamanı həlak olan jurnalistlərin sayı 46-ya çatıb.
Bu barədə Qəzza zolağındakı Fələstin administrasiyası bəyanat yayıb.
Hesabatda 46 jurnalist və media nümayəndəsi İsrailin hava hücumları nəticəsində həlak olduğu qeyd edilib.
Bundan əvvəl Jurnalistləri Müdafiə Komitəsi 2023-cü il oktyabrın 7-dən noyabrın 2-dək Fələstin-İsrail münaqişəsi zonasında ən azı 36 jurnalistin öldürüldüyünü bildirmişdi.