Trüdo və Bayden Fələstindəki son hadisələri müzakirə ediblər
Kanadanın baş naziri Castin Trüdo və ABŞ prezidenti Co Bayden İsrailin Qəzzaya hücumlarından sonra Fələstində baş verən son hadisələri müzakirə ediblər.
Kanada Baş Nazirliyindən verilən açıqlamaya görə, Amerika İqtisadi Rifah Alyansı (APEP) liderlərinin zirvə toplantısına qatılmaq üçün ABŞ-a səfər edən Trüdo sammit ərəfəsində Bayden ilə görüşüb.
Görüşdə ikili İsrailin bQəzza zolağına hücumlarından sonra bölgədə baş verən son hadisələri müzakirə edərək, İsrailin beynəlxalq hüquqa uyğun olaraq özünü müdafiə etmə haqqını dəstəklədiklərini vurğulayıblar.
İkili beynəlxalq humanitar hüquqa riayət edilməsinin və mülki şəxslərin qorunmasının vacibliyini bir daha təsdiqləyərək, regionda baş verən humanitar böhrandan dərin narahatlıqlarını ifadə ediblər.
Humanitar yardımın Qəzzada mülki şəxslərə çatması üçün səylərini davam etdirəcəklərini ifadə edən ikili, iqlim dəyişikliyi ilə mübarizə və davamlı iqtisadiyyat kimi ortaq prioritetləri də müzakirə ediblər.