Cənubi Afrika bütün diplomatlarını Tel-Əvivdən çıxarmaq qərarına gəlib


Cənubi Afrika İsrailin Qəzzaya hücumlarından sonra Tel-Əvivdəki bütün diplomatlarını geri çəkməyə qərar verib.


Rabitə və texnologiya naziri Khumbudzo Ntshavheni mətbuata verdiyi açıqlamada, İsrailin Qəzzada məktəb və xəstəxanaları bombalaması və humanitar keçidləri bağlamasının Cənubi Afrika hökumətini məyus etdiyini bildirib.

"Cənubi Afrika hökuməti məsləhətləşmələr üçün Tel-Əvivdən bütün diplomatlarını geri çəkməyə qərar verib", - deyə Ntshavheni bildirib.

Ntshavheni həmçinin hökumətin İsrailin Pretoriyadakı səfiri Eliav Belotsercovskinin "İsrailin zülm və soyqırımına qarşı çıxanlar haqqında alçaldıcı ifadələri" ilə bağlı narahatlığına diqqət çəkərək, "İsrailin Cənubi Afrikadakı səfirinin mövqeyi indi dözülməz hala gəlir" - deyə qeyd edib.

Ntshavheni səfir Belotsercovskinin davranışına qarşı diplomatik çətinliklər və protokollar çərçivəsində lazımi tədbirlərin görülməsi ilə bağlı göstəriş verdiyini deyib: "Ölkəmizdə qonaqdır, özünü qonaq kimi aparmalıdır".

Cənubi Afrika İsrailin Fələstinə hücumlarına etiraz etmək üçün 2018-ci ildə Tel-Əvivdəki səfirini qeyri-müəyyən müddətə geri çağırıb. O vaxtdan bəri Cənubi Afrikanın İsraildə yalnız bir əlaqə ofisi var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu