Yaponiyanın baş naziri ölkə sərhədləri yaxınlığındakı rus patrullarından narahatdır
Yaponiyanın baş naziri Fumio Kişida Rusiyanın Çinlə birlikdə Yapon dənizi üzərində hava patrulları həyata keçirməsindən narahatlığını ifadə edib.
Bu barədə Kyodo agentliyi yazır.
Kişida Rusiya və Çinin hərbi fəallığının artdığını bəyan edib. Baş nazirin Özünümüdafiə Qüvvələrinin hərbi qulluqçuları qarşısında çıxışı zamanı kabinet rəhbəri Yaponiyanın potensial düşmənin ərazisindəki hədəflərə əks-hücumların təşkili üçün zəruri olan uzaqmənzilli raketlərin intensiv inkişafını da diqqətə çatdırıb.
Bundan əvvəl Çin Milli Müdafiə Nazirliyi Rusiya ilə beynəlxalq ədalətin qorunması ilə birgə əməkdaşlıq etdiyini açıqlamışdı.
Bundan əvvəl Rusiya və Çin Sakit okeanda birgə patrullara başlayıb. Təlimin bəyan edilmiş məqsədi əməkdaşlığı gücləndirmək və Asiya-Sakit okean regionunda sülhü dəstəkləmək olub.