Borrell: "ABŞ-ın Ukraynaya yardımının azalması ehtimalı var"


ABŞ-ın Ukraynaya yardımının yaxın gələcəkdə azalması ehtimalı var. Avropa İttifaqı (Aİ) bu faktı siyasi cəhətdən kompensasiya etməyə hazır olmalıdır.



Bu barədə Avropa Sosialistlər Partiyasının Malagada keçirilən konqresində çıxış edən Aİ-nin xarici siyasət rəhbəri Josep Borrell bildirib.

“Bizim bir çox problemimiz var. İlk növbədə Rusiya üzərində sürətli qələbə gözlənilməyən Ukrayna. Bunun üçün lazımi vasitələrə malik olan Avropa ölkələri Ukraynanı dəstəkləməyə davam etməli və ABŞ-ın azalacağı ehtimal olunan yardımını kompensasiya etməyə siyasi cəhətdən hazır olmalıdırlar”, - deyə avropalı siyasətçi bildirib.

Onun fikrincə, Aİ Kiyevə Vaşinqtondan daha çox yardım edib. Borrel əlavə edib ki, gələcəkdə Ukraynanın təhlükəsizliyinin əsas təminatı onun birlik tələb edən Avropa ailəsinə daxil olması olmalıdır.

Siyasətçi qeyd edib ki, ABŞ-ın Ukraynaya mümkün dəstəyinin azaldılması ilə yanaşı, Avropa ölkələrinin daha bir problemi var - Qəzzədəki vəziyyət. O, münaqişə nəticəsində yaranmış vəziyyəti beynəlxalq cəmiyyətin uğursuzluğu adlandırıb və münaqişənin ən yaxşı həllinin iki dövlətli həll olduğunu vurğulayıb.

Borrell daha əvvəl etiraf etmişdi ki, Qərbin intellektual üstünlüyü erası bitib. O, bu qənaətə Brüsselin Ukrayna və Yaxın Şərq münaqişələrinə müxtəlif reaksiyalara görə ikili standartlarda ittiham edilməsi fonunda gəlib. Bir sıra ölkələr Rusiyanın Ukraynadakı hərəkətlərini pisləsə də, bir çoxları anti-Rusiya sanksiyalarını dəstəkləməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu