Estonlar Rusiyanın lehinə vətəndaşlıqdan imtina etməyə başlayıblar
2023-cü ilin 10 ayı ərzində 88 nəfər Estoniya vətəndaşlığından imtina edib. Onlardan 24-ü Rusiya vətəndaşlığının lehinə qərar verib.
Bu barədə ERR portalı respublikanın Polis və Sərhəd Mühafizəsi Departamentinin məlumatlarına istinadən xəbər verir.
Qeyd olunur ki, 32 nəfər Finlandiya, 9 nəfər Böyük Britaniya, 7 nəfər İsveç vətəndaşı olub. Daha üç nəfər hər biri Hollandiya və Norveç, iki nəfər isə İrlandiya və Almaniya vətəndaşlığını qəbul edib. Bir neçə nəfər də Belarus, İsrail, İspaniya, ABŞ, Fransa və İsveçrə vətəndaşı olub.
Bundan əvvəl Estoniyanın daxili işlər naziri Lauri Laanemets Rusiya vətəndaşlığını qəbul etmiş respublika sakinlərini deportasiya ilə hədələyib. Eyni zamanda o, yerli hakimiyyət orqanlarının daha çox Rusiya vətəndaşının ölkəyə gəlməsinə icazə verməyəcəyini vurğulayıb.