Tailandlı Ermənistan prezidentini məhkəməyə verib


Ermənistan İnzibati Məhkəməsi artıq 5 ildir bu ölkədə yaşayan Tailand vətəndaşının iddiasını icraata qəbul edib.


AFN.az xəbər verir ki, Tailand vətəndaşı Kaçaçat Bundi Ermənistanın İnzibati Məhkəməsinə prezident Vaahn Xaçaturyana qarşı respublika vətəndaşlığının verilməsinə məcbur edilməsi tələbi ilə iddia qaldırıb. Qeyd olunur ki, məhkəmə iddianı icraata qəbul edib.
“Hraparak” qəzetinin yazdığına görə, Bundi artıq beş ildir ki, Ermənistanda yaşayır. Burada o, Tayland restoranı açıb, iş yerləri yaradıb, hətta xeyriyyə işləri ilə məşğul olub. O, həm də Qladzor Universitetində aspirantdır. Lakin Ermənistan Milli Təhlükəsizlik Xidməti mənfi rəy verərək, ölkə prezidentinə məhkəmə çəkişməsi olan Bundiyə respublika vətəndaşlığını verməməyi tövsiyə edib.
Rəsmi məlumatlara görə, 2022-ci il yanvarın 1-dən noyabrın 30-dək 23,5 mindən çox əcnəbi Ermənistan vətəndaşlığını qəbul edib. Həmin dövrdə Ermənistanda 7082 nəfər yaşamaq icazəsi alıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu