Qahirə: Rəfah Sərhəd Qapısı açıqdır, amma...


Misir Qəzza zolağına gedən Rəfah Sərhəd Qapısının bağlanmadığını, lakin İsrailin yardımların daxil olmasına mane olduğunu açıqlayıb.


Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeyd mətbuata açıqlamasında Rəfah Sərhəd Qapısının bağlı saxlandığına dair təsəvvürün doğru olmadığını bildirib. “Rəfah Sərhəd Qapısı əməliyyat başlayandan bəri heç vaxt bağlanmayıb. Qəzza zolağındakı böhran başlayandan bəri Rəfah Sərhəd Qapısı açıqdır" - deyə o qeyd edib.

“Qadağanedici şərtlərlə və əsassız bəhanələrlə Qəzza zolağına yardımın daxil olmasına mane olan İsrail tərəfidir” deyən Əbu Zeyd, bunun əksini iddia edənləri qınadıqlarını bildirib.

"Sərhədin bağlı olduğunu iddia edənlər, bölgəyə səfər edən Birləşmiş Millətlər Təşkilatı rəsmilərinin açıqlamalarına baxsınlar. Beynəlxalq rəsmilərin açıqlamalarından Misir tərəfinin humanitar yardımın Qəzza tərəfinə davamlı şəkildə daxil olması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini başa düşə bilər" - deyə Əbu Zeyd vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu