Misir Qəzzaya gedən Rəfah qapısını bağlayıb


İsrail ordusu blokada altında olan Qəzza zolağının Misirə açılan Rəfah Sərhəd Qapısı ətrafındakı ərazini hədəfə alıb. Hücumdan sonra Misir Qəzzada Rəfah sərhəd qapısını bağlayıb.


Fələstinli mənbələr və şahidlər İsrail ordusunun Rəfahın ətrafını vurduğunu bildirib.

Qəzzanı təmin etmək üçün Rəfah Sərhəd Qapısında gözləyən yanacaq və digər ehtiyacları daşıyan yük maşınları oradan ayrılıb.

İsrail ordusunun sözçüsü məsələ ilə bağlı daha sonra açıqlama verəcəyini bildirib.

İsrail mərkəzli "Kanal 12" televiziyasının X sosial media platformasında paylaşdığı xəbərə görə, Təl-Əviv Misirə “Qəzzanı təmin etsəniz, yük maşınlarını vuracağıq” mesajı verib.

Rəfah Sərhəd Qapısında olan Misir rəsmiləri də İsrailin hücumu ehtimalı ilə bağlı xəbərdarlıq edib və fələstinli personaldan sərhəd qapısını boşaltmağı xahiş ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu