Yüzlərlə fələstinli Misir sərhədi yaxınlığında sığınacaq tapıb


Yüzlərlə fələstinli Misir sərhədi yaxınlığındakı Rəfah bölgəsində açıq ərazilərə sığınıb.


İsrail ordusunun Qəzza zolağının ikinci ən sıx şəhəri olan Xan Yunus ətrafına zirehli texnika və tanklar yerləşdirdiyi və qurudan hücuma hazırlaşdığı bildirilib.

Xan Yunisin şərqində və şimal-şərqində İsrailin bombardmanlarından qaçan yüzlərlə fələstinli Misir sərhədinə yaxın Rəfah şəhərinin qərbindəki açıq ərazilərə sığınmaq məcburiyyətində qalıb.

Hər yaşdan fələstinli də daxil olmaqla yüzlərlə mülki şəxsin elektrik enerjisinin, təmiz suyun, kifayət qədər ərzaq və humanitar yardımların olmadığı Rəfahın qərbində açıq əraziyə sığınmaq üçün müvəqqəti çadır kimi tikililər qurmağa çalışdığı müşahidə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu