İdlibdə leysan səbəbindən düşərgələrdəki çadırları su basdı


Suriyanın şimal-qərbindəki İdlib əyalətində yağan güclü yağış səbəbindən məcburi köçkün dinc əhalinin sığındığı çoxlu sayda çadır düşərgəsi su altında qalıb.


İdlibdə gecə boyu davam edən leysan yüzlərlə mülki şəxsin çadır düşərgələrində qalmasına mənfi təsir göstərib.

Mülki Müdafiə (Ağ Dəbilqəlilər) tərəfindən verilən açıqlamaya görə, İdlibin şimal-şərqindəki Ermenaz qəsəbəsində yağan güclü yağış səbəbindən 300 ailənin yaşadığı 40 çadır su altında qalıb.

Bildirilib ki, Zammar, Ermenaz və Bustan Cuma qəsəbələrində qurulan çadır düşərgələri güclü yağışdan zərər çəkib, yüzlərlə ailə bu hadisədən təsirlənib.

Düşərgələrin yerləşdiyi ərazilərə çoxlu sayda qruplar göndərilib və suyun çıxarılması üçün yolların təmizlənməsi işləri aparılıb.

Suriya ordusu və tərəfdarlarının hücumlarından qaçan yüz minlərlə mülki şəxs Suriyanın şimal-qərbində, Türkiyə ilə sərhəddə yerləşən İdlib vilayətində müvəqqəti çadır düşərgələrində yaşayır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu