İmsak vaxtında İdlibdə 14 bölgəyə hücum edildi
İmsak vaxtı İdlib Gərginliyi Azaltma Bölgəsindəki 14 bölgəyə çoxlu hücumlar həyata keçirilib.
Suriya ordusu və İranın dəstəklədiyi terrorçu qruplardan ibarət rejim qüvvələri sahur vaxtı qurudan quruya silahlarla mülki yaşayış məntəqələrinə çoxlu hücumlar həyata keçirib.
Rejim qüvvələri İdlib Gərginliyi Azaltma Bölgəsi sərhədləri daxilində Hələbin Daret İzze mahalı, Takad, Kefernuran, İrhab, Kefrenteyin, Kebbeşin, Şeyih Süleyman, Əl-Vasata və İdlibin Sermin qəsəbəsi, Zerdene, Teftenatna, Taoumes və kəndlərini hədəfə alıblar.
Hücum zamanı ölən və ya yaralananların olub-olmaması ilə bağlı açıqlama verilməyib.