Suriya ordusu Hələbin kəndinə kaset bombaları atdı: Biri körpə olmaqla 3 yaralı var


Suriya ordusunun Hələb vilayətinin qərbindəki Ebzimo kəndinə təşkil etdiyi kaset bombalı hücumda biri körpə olmaqla 3 mülki şəxs yaralanıb.


Hələbin Kefarhalep kəndində yerləşdirilən Suriya ordusu və İranın dəstəklədiyi əcnəbi terrorçu qruplar Hələbin qərbindəki Ebzimo kəndinə beynəlxalq müqavilələrlə istifadəsi qadağan edilən kaset bombaları ilə hücum edib.

Mülki müdafiə mənbələrindən alınan məlumata görə, hücum nəticəsində biri körpə olmaqla 3 mülki şəxs yaralanıb.

Yaralılara aparıldıqları xəstəxanada tibbi yardım göstərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu