Tayvan müxalifəti prezident seçkilərində vahid namizədlə çıxış etmək qərarına gəlib


Tayvanın iki əsas müxalifət partiyası gələn ilin yanvarında adanın liderliyi seçkilərində vahid namizəd irəli sürmək qərarına gəlib.


AFN.az xəbər verir ki, bu barədə Tayvan mediası məlumat yayıb.

Kuomintang Partiyasının sədri Erik Çju bildirib ki, Tayvan Xalq Partiyası ilə danışıqlar zamanı koalisiya yaratmaq və müxalifətdən vahid namizəd irəli sürmək qərara alınıb. Eyni zamanda, onun Kuomintang təmsilçisi Hou Yui, yoxsa Tayvan Xalq Partiyasının lideri Ke Venje olacağına dair qərar seçici sorğularının nəticələrinə əsasən veriləcək.

O, ictimai rəy sorğusunun necə keçiriləcəyi ilə bağlı texniki məsələlərin hələ həll olunmadığını bildirib. Qərar qəbul etmək üçün çox az vaxt qalıb - bütün namizədlər noyabrın 20-dən 24-dək rəsmi qeydiyyatdan keçməlidirlər.

Oktyabrın sonunda müxalifət qarşıdan gələn parlament seçkiləri ilə bağlı koalisiya yaratmaq barədə razılığa gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu