Bakıda avtobus iki qadını vurub öldürdü


Bakının Sabunçu rayonunda iki piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.


AFN.az APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat şossesində qeydə alınıb.

İdarəetməni itirən avtobus 2 qadını vurub. Hər iki piyada hadisə yerində həyatını itirib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu