Zaqatalada it bir gündə 7 nəfəri dişlədi


Zaqatalada eyni it bir gündə 7 nəfərə xəsarət yetirib.



AFN.az APA-ya istinadla bildirir ki, hadisə bu gün günorta saatlarında Zaqatala şəhərinin bazarı yaxınlığında baş verib. Yeddi nəfərə xəsarət yetirən it sakinlər tərəfindən öldürülüb. Xəsarət alan şəxslər Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.

Zaqatala şəhər sakinləri olan - 1970-ci il təvəllüdlü Göyəm kənd sakini, Aydın Məmməd oğlu Didirov, 1966-cı il təvəllüdlü Çökək sakini Mohma Məmməd oğlu Tamahov, 1954-cü il təvəllüdlü Zəkəriyyə Kərimov, 1966-cı il təvəllüdlü Gülüstan Yusif qızı İsmayılova və daha üç nəfərə xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulduqdan sonra evə buraxılıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu