Dünənki qəzada yaralanan məktəbli Bakıya gətirildi


Ötən gün Zaqatalada baş verən-yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2013-cü il təvəllüdlü İbrahim İbrahimzadə Bakıya gətirilib.


Bu barədə TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, məktəbli əvvəlcə bədənin çoxsaylı travması diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan xəstəyə müvafiq tibbi yardım göstərilib. Bu gün saat 05.30 radələrində isə təcili tibbi yardımla Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, ötən gün Zaqatala rayonunda “Mercedes” markalı minik avtomobili yol kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub. Göyəm kənd orta məktəbində oxuyan şagirdlərdən Ramazan İsayev və Kamal Permadov qəzanın baş verdiyi yerdə həlak olublar. İbrahim İbrahimzadə isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onların hamısı eyni sinfin şagirdi olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu