Əl-Cəzirə: "İsrail və ABŞ Qəzzada hərbi əməliyyatlara görə sıx təzyiq altındadır"

Körfəz Araşdırmaları Mərkəzinin direktoru və Qətər Universitetinin müasir Yaxın Şərq siyasəti professoru Mahjub Zveiri, İsrail və ABŞ-ın dörd günlük atəşkəsin sonunda Qəzzaya hərbi hücumu davam etdirməmək üçün güclü təzyiq altında olduğunu söyləyib.
Ekspertin fikrincə, ABŞ-ın əməliyyatı davam etdirməməkdə maraqlı olduğu göz qabağındadır.
Onun sözlərinə görə, israillilər iki məqsəd güdürlər, birincisi HƏMAS-ı zəiflətmək, ikincisi məhbusları azad etməkdir: "Nə qədər çox məhbus azad edilsə, hücumu davam etdirmək üçün bir o qədər az səbəb olacaq".