Şəhid ailəsi və məcburi köçkün niyə imtiyazlardan kənarda qalıb?


1993-cü ildən məcburi köçkün həyatı yaşayan Aminə Əliyeva evlə təmin olunmur.


Qaynarinfo xəbər verir ki, o, bu barədə ölkə rəhbərliyinə ünvanladığı müraciətdə qeyd edib. Aminə Əliyeva müraciətin saytımız vasitəsilə yayılmasını xahiş edib.

Onun sözlərinə görə, 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşüb:

"Hazırda Sumqayıt şəhərində məskunlaşmışıq. Yaşayış şəraitimiz ürəkaçan deyil. Bir neçə dəfə müvafiq qurumlara ev üçün müraciət etsək də, nəticəsi olmayıb”.

Aminə Əliyeva həm də şəhid ailəsidir. Onun sözlərinə görə, həyat yoldaşı Məmmədov Rafael Qaffar oğlu Birinci Qarabağ savaşında şəhid olub.
"Şəhid ailəsi vəsiqəsi də veriblər. Amma şəhid ailələri üçün nəzərdə tutulan 11 min manatı ala bilməmişəm. Deyirlər ki, yoldaşın könüllü gedib müharibəyə. Mənə aydın deyil, məgər könüllü gedib Vətən yolunda ölənlər şəhid sayılmır? Əgər belədirsə, o zaman mənə nədən şəhid ailəsi vəsiqəsi veriblər? Bu vəsiqəni veriblərsə, nə üçün 11 min manat təzminatı ödəmək istəmirlər?”, deyə müraciət müəllifi bildirib.

Aminə Əliyeva ölkə başçısı İlham Əliyevdən və birinci vitse-prezident Mehriban Əliyevadan yardım istəyir:

"Ümid edirəm ki, onlara müraciətimin bir nəticəsi olacaq. Ev və 11 məsələsinin ciddi şəkildə araşdırıb müvafiq tədbir görəcəklər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu