Qubada avtomobil su kanalına düşüb

Qubada minik avtomobili su kanalına düşüb.
Hadisə Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində baş verib.
Belə ki, avtomobildə tək olan sürücü Quba rayonu Bağbanlı kənd sakini Ramin İsmixanov xəsarət almadan maşından çıxa bilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.\\"Report"