"Çin təhlükəsi" nəzəriyyəsini şişirtməyin: Çin Yaponiya və ABŞ-a üz tutdu


Çin Yaponiyanı “Çin təhlükəsi” nəzəriyyəsini şişirtməyi dayandırmağa və hərbi genişlənmə üçün bəhanələr axtarmaqdan çəkinməyə çağırır.


"Sinxua" xəbər verir ki, bu barədə cümə axşamı Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.

O, Yaponiya tərəfini konkret addımlarla qonşu Asiya ölkələrinin və daha geniş beynəlxalq ictimaiyyətin etimadını qazanmağa çalışmağa çağırıb.

Çin Ticarət Nazirliyinin sözçüsü He Yadonq öz növbəsində bildirib ki, Çin ABŞ-ın Çinə qarşı ixrac nəzarətindən sui-istifadə etmək və ikitərəfli investisiyaları məhdudlaşdırmaq cəhdlərinə qəti şəkildə qarşı çıxır. O, bunu ABŞ-ın ticarət naziri Gina Raimondonun Çinin yarımkeçiricilər və qabaqcıl texnologiyalar bazarına çıxışını məhdudlaşdırmağa çağıran bəyanatlarına cavab olaraq bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu