Cənubi Koreyaya məxsus 30 fabrik Şimali Koreya tərəfindən icazəsiz istifadə olunur


Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü Koo Byonq-sam, ölkələrinin sərhəddəki Kesonq şəhərindəki qapalı birgə sənaye müəssisəsindəki 30 fabrikin Şimali Koreya tərəfindən icazəsiz istifadə edildiyini bildirib.


"Yonhap"ın xəbərinə görə, Koo mətbuata açıqlamasında Kesonqdakı qapalı müştərək sənaye obyekti ilə bağlı açıqlamalar verib.

Koo, Kesonq Sənaye Kompleksində ölkəsinə aid 30 fabrikin Şimali Koreya tərəfindən icazəsiz istifadə edildiyini bildirib.

Pxenyan rəhbərliyinə dəfələrlə edilən zəng və xəbərdarlıqlara baxmayaraq, sənaye obyektində Cənubi Koreya şirkətlərinin avadanlıqlarının icazəsiz istifadə edildiyini müdafiə edən Koo, Güneyin mülkiyyət hüquqlarının pozulduğunu deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu