Hunter Bayden: Məni öldürməyə çalışırlar
ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden federal prokuror tərəfindən müxtəlif ittihamlar səsləndirildikdən sonra qatıldığı proqramda sensasion açıqlama verib.
O, “Məni öldürməyə çalışırlar” - deyə bildirib.
Hunter Bayden Moby adlı musiqiçinin "Moby Pod" verilişində "vergidən yayınma, sənəd saxtakarlığı və vergi bəyan etməmək" kimi 9 ittihamdan sonra qonaq olaraq açıqlamalar verib.
"Atamın bu ağrıya dözməyəcəyini bildikləri üçün məni öldürməyə çalışırlar. Bu yolla onu vəzifəsindən uzaqlaşdırmağa çalışırlar" - deyə Hunter Bayden sensasion fikir səsləndirib.
Edilənlərin onunla əlaqəli olmadığını anladığını vurğulayan Hunter Bayden, "Bu insanların böyük ehtimalla yaşadıqları travmalar nəticəsində pis olmağa qərar verən xəstə insanlar olduğunu anladım" - deyə bildirib.
Niyə özünü daha çox müdafiə etmədiyini soruşduqda, Hunter Bayden bunun yalnız "oda yanacaq əlavə edəcəyini" deyib: "Mən bunun bitəcəyinə ümid etməyi dayandırdım, çünki atam Birləşmiş Ştatların prezidenti olduğu müddətdə dayanmayacaqlar".