Baydenin oğlu yanvarda məhkəmə qarşısına çıxacaq
ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden 2024-cü il yanvarın 11-də Kaliforniya ştatının federal dairə məhkəməsində 1,4 milyon dollarlıq vergidən yayınma iddiası ilə çıxış edəcək.
Bu barədə "Reuters" xəbər verib.
Agentliyin məlumatına görə, ilk iclasın yerli vaxtla saat 13:00-da keçirilməsi planlaşdırılır. Amerika liderinin oğlu 2016-cı ildən 2020-ci ilə qədər vergidən yayınmada doqquz maddə ilə ittiham olunub. İddia olunur ki, Hunter Bayden pulu narkotiklər və fahişələr də daxil olmaqla "ekstraqant həyat tərzinə" xərcləyib.
Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib ki, Co Bayden oğlu Hunterin vergi cinayətlərində təqsirli bilinəcəyi təqdirdə onu əfv etmək niyyətində deyil.
Bundan əlavə, payızda Hanter Baydenə Delaver ştatında odlu silah saxlamağa, habelə odlu silahların əldə edilməsində pozuntulara görə üç cinayət ittihamı irəli sürülüb.