Baydenin oğlu Hunter Baydenə qarşı 3 ittiham


ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden federal prokuror tərəfindən silah alarkən yalan danışmaqda və narkotik aludəçisi olduğu halda silaha sahib olmaqda ittiham edilib.


ABŞ-da xüsusi prokuror David Weiss tərəfindən Hunter Baydenə qarşı hazırlanan ittihamnamə açıqlanıb.

İttihamnamədə Hunter Baydenə qarşı üç ittiham irəli sürülüb. Bunlardan ikisi 2018-ci ildə odlu silah alarkən yalan ifadə vermək, biri isə narkotik aludəçisi olduğu halda qanunsuz olaraq odlu silah saxlamaq olub.

İlk iki ittiham üzrə 5 ildən 10 ilədək həbs cəzası, üçüncü ittiham üzrə isə 10 ilədək həbs cəzası nəzərdə tutulur.

ABŞ-da federal qanuna görə, silah alqı-satqı ərizəsi formasında yalan ifadə vermək və ya narkotik istifadəçisi kimi odlu silaha sahib olmaq cinayət sayılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu