İsrail ABŞ-dan 500 milyon dollar dəyərində 45 min tank mərmisi istəyib


İsrail ABŞ-dan 500 milyon dollardan çox dəyərdə sursat sifarişinin təsdiqlənməsini istəyib.


BMT Təhlükəsizlik Şurasında atəşkəsə veto qoyan Birləşmiş Ştatlar Konqresin nəzarətindən yan keçmək üçün silah ixracı qanununda fövqəladə müddəanı aktivləşdirməyi nəzərdən keçirir.

"The New York Times" qəzetinin ABŞ rəsmilərinə əsaslanaraq verdiyi xəbərə görə, İsrail ABŞ Dövlət Departamentindən sursat sifarişinin təsdiqlənməsini istəyib.

ABŞ rəsmilərinə görə, İsrailin Qəzzada istifadə etdiyi tank tipləri üçün istifadə ediləcək, dəyəri 500 milyon dollardan çox olan sursat 45 min tank mərmisindən ibarətdir.

Bununla belə, ABŞ rəsmisi onu da qeyd edib ki, Dövlət Departamenti ABŞ Konqresinin məsələyə baxışından yan keçmək üçün silah ixracı qanununda fövqəladə vəziyyət müddəasını aktivləşdirməyi nəzərdən keçirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu