İsrail ABŞ-dan çoxlu silah və sursat tələb edəcək


İsrailin Vaşinqton administrasiyasından döyüş təyyarələri, silah sistemləri və sursat daxil olmaqla çoxlu sayda hərbi material tələb edəcəyi bildirilib.


ABŞ-dan yayımlanan “Axios” xəbər saytında qeyd edilir ki, İsrailin müdafiə naziri Yoav Gallant nazir olduqdan sonra ilk dəfə gələn həftə ABŞ-a gedəcək.

Anonim İsrail və ABŞ rəsmilərinə əsaslanan xəbərdə Gallantın səfər çərçivəsində ABŞ müdafiə naziri Lloyd Ostin və milli təhlükəsizlik müşaviri Jake Sullivan ilə görüşməsinin gözlənildiyi bildirilir.

Gallantın səfər zamanı Vaşinqton administrasiyasından silah sistemləri, uzunmüddətli perspektivdə daha çox F-35 və F-15 döyüş təyyarəsi tədarükü, eləcə də qısa müddətli istehsal istəyəcəyi bildirildi.

ABŞ Müdafiə Nazirliyindən verilən açıqlamada Ostinin martın 26-da israilli həmkarı Gallantı qəbul edəcəyi qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu