Almaniya İsrailə silah ixracı tələbini təsdiqləməyi planlaşdırır


Almaniya hökumətinin İsrailin tələb etdiyi dəqiq tank sursatlarının göndərilməsini nəzərdən keçirdiyi və bunu təsdiqləməyi planlaşdırdığı iddia edilib.



“Spiegel” jurnalının internet saytındakı xəbərdə onun hökumətinin İsrailə tank sursatlarının göndərilməsinə icazə verilməsinə prinsipial olaraq müsbət yanaşdığı iddia edilib.

Xəbərdə İsrail hökumətinin ötən ilin noyabrında Almaniyadan təxminən 10 min ədəd 120 millimetrlik tank sursatı tələb etdiyi və bu tələbin Baş Nazirlik, Müdafiə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən çox gizli şəkildə müzakirə edildiyi bildirilib.

İstehsalçıların istədiyi dəqiqlikli sursatları dərhal təmin edə bilməyəcəyinə görə, Almaniya ordusunun öz ehtiyatlarından sursat tədarükü variantının da nəzərdən keçirildiyi vurğulanıb.

İndiyə qədər Almaniya İsrailə əsasən zirehli maşınlar və əsgərlər üçün qoruyucu vasitələrin göndərilməsini təsdiqləyib.

Almaniyanın İsrailə silah və hərbi texnika satışı keçən il 10 dəfə artaraq 326 milyon avroya çatıb.

İsrail-Fələstin münaqişəsinin başlamasından sonra ilk bir neçə həftə ərzində federal hökumət İsraildən 185 müraciəti təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu