HƏMAS: "Almaniyanın İsrailə sursat göndərmək planı müharibədə iştirak etmək deməkdir"
HƏMAS Hərəkatı Almaniyanın İsrailə təxminən 10 min tank sursat göndərmə planını “Qəzza zolağında fələstinlilərə qarşı soyqırım müharibəsinin tərəfi olmaq” kimi qiymətləndirdiyini açıqlayıb.
HƏMAS-ın verdiyi yazılı açıqlamada Almaniyanın planının “Nasist sionist hökumətinin törətdiyi hərbi cinayətlərə görə bütün siyasi və mənəvi məsuliyyəti daşıdığı” bildirilib.
Bəyanatda qeyd olunub ki, bu, Almaniyanı Fələstin xalqına qarşı müharibədə birbaşa tərəfdaşa çevirəcək.
Almaniyanın planının ən sərt şəkildə pisləndiyi vurğulanan açıqlamada bu ifadələr yer alıb:
"Görünür, Almaniya bəşəriyyətə qarşı günahlarla dolu tarixini canlandırır və yaxın keçmişdən alınan bütün dərslər buna mane olmayıb. Biz bəyan edirik ki, xalqımız onlara qarşı hücumda iştirak edən heç kəsi unutmayacaq və bağışlamayacaq”.
“Spiegel” jurnalının internet saytında yer alan xəbərdə Almaniya hökumətinin İsrailə tank sursatlarının göndərilməsinə icazə verilməsinə prinsipcə müsbət yanaşdığı iddia edilib.
Xəbərdə İsrail hökumətinin ötən ilin noyabr ayında Almaniyadan təxminən 10 min ədəd 120 millimetrlik tank sursatı tələb etdiyi və bu tələbin Baş Nazirlik, Müdafiə Nazirliyi, Müdafiə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən çox gizli şəkildə müzakirə edildiyi bildirilib.