Azərbaycanda ödəniş sistemində problem yaranıb


Azərbaycanda ödəniş sistemində problem yaranıb.


AFN.az xəbər verir ki, bankomatlar, ödəniş terminalları, hətta mağaza və apteklərdəki ödəniş sistemləri işləmir. Oxucularımızın verdiyi məlumata görə, problem artıq bir neçə saatdır davam edir. Sabunçu ərazisində yaşayan sakinlər hazırda bankomatların qarşısında pul çıxarmaq üçün növbələr yarandığını, lakin nağdlaşdırmanın da mümkün olmadığını bildiriblər.
Qeyd edək ki, onlayn ödəniş sistemində də problemlər yaranıb.

"AzəriCard"ın qaynar xəttindən bildirildi ki, problem banklararası kart sistemində yaranıb. Yaranmış çətinliyin artıq aradan qaldırıldığı bildirilsə də, problem hələ də müşahidə edilir.

Qeyd edək ki, oxşar problem bir neçə gün əvvəl də yaranmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu