Ədliyyə Nazirliyi "Elektron məhkəmə" sistemində yaranmış problemə aydınlıq gətirdi


Son bir neçə gündə "Elektron məhkəmə" informasiya sisteminin işində problem yaranması ilə bağlı şikayətlərə rast gəlinir. Vəkillər sistemin işləmədiyini, lazımi sənədləri sistemə yükləyə bilməkdiklərini deyirlər.


Ədliyyə Nazirliyinin informasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə e-huquq.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

O bildirib ki, yalnız sistemə "Asan İmza" ilə daxil olan şəxslər sözügedən problemlə qarşılaşırlar.

""Elektron məhkəmə" sisteminin fəaliyyətində hər hansı problem yoxdur, sözügedən problem "Asan İmza" xidmətindən qaynaqlanır. Biz aidiyyəti qurumla əlaqəli şəkildə ötən gün axşam bu problemi aradan qaldırdıq. Lakin bu gün yenidən eyni problem yaranıb. Hazırda məsələ diqqətimizdədir, bununla bağlı iş gedir, problemi aradan qaldırmağa çalışırıq", - deyə A.Səmədzadə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu