KİV: ABŞ-da Ukrayna üçün yeni strategiyanın hazırlanması müzakirə edilir


Kiyev və Vaşinqton əks-hücum əməliyyatındakı uğursuzluqlar, habelə ABŞ-dan yeni yardım paketinin ayrılması ilə bağlı çətinliklər səbəbindən Ukrayna üçün strategiyanın hazırlanması üzrə məsləhətləşmələr aparır.


AFN.az xəbər verir ki, bu barədə "The New York Times" rəsmi mənbələrə istinadən yazır.

Yazı müəllifinin fikrincə, ABŞ və Ukrayna döyüş bölgəsində növbəti uğursuzluqların qarşısını almaq istəyir. Amerika rəsmilərinə görə, strategiyada dəyişiklik edilmədən 2024-cü il Birinci Dünya Müharibəsindəki 1916-cı illə oxşar ola bilər. Onlar xatırladıblar ki, rekord itkilərə baxmayaraq, cəbhə xətti daha sonra cüzi dəyişib.

Ekspertlər qeyd ediblər ki, yeni strategiyaya baxışda birlik yoxdur. Mənbələr Vaşinqtonun ərazilər üzərində nəzarəti saxlamağa əsaslanan mühafizəkar strategiyada israrlı olduğunu deyiblər. Bura həm də il boyu xəndək qazmaq, silah və qüvvələr yığmaq daxildir. Bununla yanaşı, Ukrayna ya qurudan, ya da uzaq məsafədən zərbələr endirməklə hücum əməliyyatları keçirmək istəyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu