Kanada Ukraynanın işğal edilmiş bölgələrində seçkilərdə namizəd olan 30 rusiyalıya sanksiya tətbiq edəcək


Kanada, Rusiyanın Ukraynanın qeyri-qanuni ilhaq etdiyi bəzi bölgələrdə sentyabr ayında keçirilən seçkilərdə namizəd olan 30 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq ediləcəyini açıqlayıb.


Ölkənin xarici işlər naziri Melanie Joly yazılı açıqlamasında sanksiyaların Rusiyaya qarşı xüsusi iqtisadi tədbirlər qaydalarının bir hissəsi olduğunu bildirib.

Joli, Rusiyanın ilhaq etdiyi bölgələrdə seçkilərdə namizədliyini açıqlayanlar da daxil olmaqla 30 Rusiya vətəndaşına sanksiya tətbiq edilməsinə qərar verildiyini bildirərək, 10 sentyabrda keçirilən seçkilərin Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün pozulması olduğunu vurğulayıb.

Qeyri-qanuni ilhaq edilmiş bölgələrdəki namizədlərin Rusiyanın işğalını qanuniləşdirmək məqsədi daşıdığını vurğulayan Yoli, Kanadanın beynəlxalq tərəfdaşları ilə Ukraynanın xalqını və suverenliyini müdafiə etməsini dəstəkləyəcəyini bir daha diqqətə çatdırıb.

Rusiyada sentyabrın 10-da Ukraynadan ilhaq edilmiş Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərinin hakimlərini müəyyən etmək üçün seçkilər keçirilib.

Digər tərəfdən, Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Ukrayna torpaqlarında 2024-cü ilin martında “prezident seçkiləri” keçirməyi planlaşdırdığı iddia edilir.

Ukrayna Xarici İşlər Nazirliyi dekabrın 9-da verdiyi bəyanatda beynəlxalq ictimaiyyəti gələn ilin martına təyin edilmiş Ukrayna ərazisində “prezident seçkiləri” keçirmək niyyətini kəskin şəkildə pisləməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu