İspaniyanın baş naziri Avropanı İsrailə "dur" deməyə çağırdı


İspaniyanın baş naziri Pedro Sançes Strasburqda keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasında çıxışı zamanı Avropa İttifaqından (Aİ) İsrailə "dur" deyilməsini istəyib.


İspaniyanın dekabrın sonunda Aİ-yə sədrlik müddəti bitir. Bu münasibətlər Sançes AP Baş Assambleyasında çıxış edib.

"İsrail və Fələstində baş verənlər barədə açıq danışmağın vaxtı çatıb", - deyə o bildirib: “Əgər dünyanın bizə ardıcıl və aktual bir geosiyasi aktor kimi hörmət etməsini istəyiriksə, vətəndaşlarımızın hərəkətlərimizlə fəxr etmələrini və Avropa dəyərlərinin sadəcə söz olmadığını görmək istəyiriksə, biz yüksək səslə, aydın və bir ağızdan danışmalıyıq".

HƏMAS-ın oktyabrın 7-dəki hücumlarını pislədiyini və girovların dərhal azad edilməsinin lazım olduğunu bir daha vurğuladığını qeyd edən Sançez sözlərini belə davam etdirib: "Biz bütün Yaxın Şərqdə terrorizmlə mübarizəni dəstəkləməliyik. İsrailin özünümüdafiə və mövcudluq hüququnu tanımalıyıq, lakin eyni inanc və eyni dəyərlərlə minlərlə günahsız mülki insanın, o cümlədən minlərlə insanın ölümünə bəsdir deməliyik. Qəzzada uşaqlar var. Bombalamalar dərhal dayandırılmalıdır. Humanitar yardımlar təcili və kifayət qədər miqdarda gəlməlidir."

Sançes Avropanın İsrail-Fələstin probleminin qəti və hərtərəfli həlli axtarışına fəal şəkildə töhfə verməli, xüsusilə də Beynəlxalq Hüquq və Beynəlxalq Humanitar Hüquqa riayət olunmasını tələb etməli olduğunu deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu