Xərçəngdən əməliyyat olunan Sevda Əliqızının səhhəti necədir?


Süd vəzi xərçəngindən əziyyət çəkən müğənni Sevda Əliqızı noyabrın sonlarında əməliyyat olunub.


AFN.az Bizim.Media-ya istinadla xəbər verir ki, sənətçinin hazırkı vəziyyətinin necə olduğunu öyrənmək üçün əməkdaşı Sevda ilə əlaqə saxlayıb.

S.Əliqızı müalicələrini davam etdirdiyini söyləyib:

"Səhhətim günü-gündən yaxşılaşır. Müalicələrimi davam etdirirəm. Bir az əvvəl həkim qəbulunda idim. İndi isə evə gedirəm. Şükürlər olsun ki, aldığım müalicələr müsbət nəticə verir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu