Ağadadaş Ağayevin səhhəti necədir? - Oğlundan açıqlama


Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev Türkiyədə əməliyyat olunub.



AFN xəbər verir ki, müğənninin oğlu Səbuhi Ağayev axşam.az-a açıqlamasında atasının səhhətindən danışıb.

"Atam yaxşıdır. Bir neçə gün əvvəl əməliyyat olundu. Hələ Türkiyədədir. Bu haqda çox açıqlama vermək istəmirik", - deyə o bildirib.

Qeyd edək ki, A.Ağayev xərçəngdən əziyyət çəkir. Müğənni Türkiyədə xəstəxanaya yerləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu